İran ABŞ-ı təhdid etdi: "İki bazanızı vurarıq" 


ABŞ-ın Yaxın Şərqdəki iki bazası və bir gəmisi İran hərbçilərinin hədəfində yerləşir. Hərbi fəaliyyətlər zamanı onlara zərbə endiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava qüvvələri komandanı Əmir Əli Hacızadə deyib.

“Əl-Udeyd (Qətər) bazası, Əz-Zəfra bazası (BƏƏ) və Oman körfəzindəki bir gəmi hədəfdə yerləşir. ABŞ-ın hücumuna cavab olaraq onlara zərbə endirərdik”, - Hacızadə bildirib.

Hacızadə 2 min kilometr radiusdakı bütün ABŞ gəmi və bazalarının İran raketlərinin hədəfində olduğunu qeyd edib.