Qəzzada müharibə başlayandan bəri ölən fələstinlilərin sayı açıqlandı

Qəzza zolağında İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsi nəticəsində ölən və yaralananların siyahısı yenilənib.

Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, ötən ilin oktyabrın 7-dən bəri Fələstin tərəfindən ölənlərin sayı 34 356 nəfərə çatıb, 77 368 nəfər isə yaralanıb.

Mənbə: osnmedia.ru