II Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinə gəzintiyə çıxıblar.
Sherg.az APA-ya iatinadən xğbər verir ki, gəzinti zamanı qonaqlara Şuşa şəhərinin tarixi, mədəniyyəti, eləcə də işğal dövrü ilə bağlı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Qeyd olunub ki, şəhərdə tarixən mədəniyyət və təhsil sahələri geniş inkişaf edib.
Vurğulanıb ki, şəhər Ermənistanın işğalı nəticəsində 28 il işğal dövrünü yaşayıb.
Şəhər işğaldan azad olunduqdan sonra burada genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılıb. Bu işlər çərçivəsində tarixi abidələrin bərpasına xüsusi önəm verilib.
Şuşanın tarixi ənənələri barədə də məlumat alan qonaqların diqqətinə çatdırılıb ki, Cıdır düzü tarixən ecazkar at yarışlarına da ev sahibliyi edib.
Qonaqlar Şuşanın tarixi şəxsiyyətləri ilə bağlı da məlumatlandırıb
Gəzinti zamanı erməni vandalizmindən də danışılıb.
Qeyd olunub ki, işğal dövründə Qarabağda çox sayda vandalizm aktları həyata keçirilib.
Xarici ekspertlər məlumatları diqqətlə dinləyib, bir sıra suallar ünvanlayıblar.
Qeyd edək ki, gəzinti çərçivəsində qonaqlar Cıdır düzü, "Gövhər ağa" məscidi, eləcə də Şuşa "ASAN Xidmət" Mərkəzi və digər məkanları ziyarət edəcək.