Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşsə, ABŞ-ın yeni seçilmiş prezidentini sürpriz gözləyir.
Axar.az xəbər verir ki, bunu ABŞ MKİ-nin keçmiş analitiki Larri Conson deyib.
Conson qeyd edib ki, Trampı mümkün görüşdə Amerika liderinin ilk prezidentliyindən bəri çox dəyişmiş Vladimir Putin gözləyəcək:
"Trampı sürpriz gözləyir: indi görüşdüyü Vladimir Putin səkkiz il əvvəl tanıdığı Putin deyil".
Consonun sözlərinə görə, Rusiya prezidenti indi Trampın əvvəllər ünsiyyətdə olduğu bütün dünya liderlərindən daha sərt danışıq aparan şəxsə çevrilib.