Ermənistanda kütləvi zəhərlənmə olub

Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.

Obyektin fəaliyyəti dayandırılıb.

Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.