4 ölkə Ukrayna ilə bağlı mühüm qərar verdi

Finlandiya, İsveç, Yunanıstan və İtaliya Ukraynanı dəstəkləməyə razılaşıblar.

Axar.az xəbər verir ki, bunu Finlandiya Baş naziri Petteri Orpo Laplandiya vilayətində keçirilən sammitdə deyib.

“Ukraynanı uzun müddət və nə qədər lazımdırsa, dəstəkləməyə davam etməliyik. Bunu həm cəbhədə, həm də danışıqlar masası arxasında gücləndirməliyik. Bu, Avropa üçün ekzistensial təhlükəsizlik problemidir”, - Orpo bildirib.