Almaniya Federal Cinayət İşləri İdarəsinin rəhbəri Holger Münx Maqdeburqda Milad bazarında ziyarətçiləri vuran şəxsi “atipik cinayətkar” adlandırıb.
APA xəbər verir ki, bu barədə polis rəisi ZDF televiziyasında bildirib.
"Burada tamamilə qeyri-adi bir mənzərə var və biz bunu indi sakitcə təhlil etməliyik" – o deyib.
Münx qeyd edib ki, söhbət terror hücumlarından getmir, bu hadisə sadəcə atipik cinayətkar tərəfindən törədilib. O qeyd edib ki, hələlik Səudiyyə Ərəbistanı əsilli Taleb A.-nın hərəkətlərinin islamçı motivlərə əsaslandığına dair heç bir əlamət yoxdur.
“Lakin bizdə islamçı motivlərlə terror hücumuna işarə edən heç bir əlamət yoxdur, əksinə,” Münx aydınlıq gətirib. Onun sözlərinə görə, şübhəlinin “anti-islam baxışları” olub.
Eyni zamanda, DPA agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı şübhəlinin ekstradisiyasını tələb edib, lakin Almaniya rəsmiləri bu tələbə cavab verməyib. Həmin şəxs Almaniyaya 2006-cı ildə gəlib, 2016-cı ildə isə Almaniyada siyasi qaçqın statusu alıb. O, şiə təriqətindəndir.