Suriyalılar İsrail ordusunu ölkədən qovacaq - Xamenei

Suriyalılar İsrail ordusunun hücumunu dayandıracaq və ölkədən çıxaracaqlar.

Axar.az xəbər verir ki, bunu İranın dini lideri Əli Xamanei deyib.

“Suriyada siz israillilər heç bir maneə ilə qarşılaşmadınız, bir nəfər də olsun silahlı əsgər yolunuzu kəsmədi. Tankların və hərbi texnikanın köməyi ilə bir neçə kilometr irəlilədiniz. Bu, qələbə deyil. Cəsur suriyalı gənclər şübhəsiz ki, sizi oradan qovacaq”, - Xamenei bildirib.