Çin Kanadaya qarşı sanksiyalar hazırlayır

Çin Sintzyan-Uyğur və Tibet Muxtar Bölgələri ilə bağlı fəaliyyətlərinə görə Kanadanın iki şirkətinə qarşı sanksiya tətbiq edib.

Bu təşkilatların ÇXR-dəki əmlakının dondurulacağı, Çin şirkətləri və fiziki şəxslərin onlarla əməkdaşlıq etməsinə qadağa qoyulacağı bildirilir.

Eyni məhdudiyyətlər bu şirkətlərin işçilərinə də şamil olunacaq və onların Çinə girişi qadağan ediləcək.