Rusiyadan Macarıstana neft nəqli bərpa edildi

“Drujba” kəməri ilə Rusiyadan Macarıstana neft nəqli bərpa edilib.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto məlumat verib.

“Drujba” neft kəməri ilə Macarıstana neft tədarükü bərpa olunub. Macarıstanın enerji təchizatı təhlükəsizlikdədir”, - Siyarto bildirib.

Qeyd edək ki, texniki nasazlıqlar səbəbindən dekabrın 19-dan Rusiyadan “Drujba” kəməri ilə Çexiya, Macarıstan və Slovakiyaya neft nəqlinin dayandırılması barədə məlumat yayılmışdı.