Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, sonuncu - 3-cü oyun günündə əvvəlcə "Şamaxı" "Sabah"ı qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. Bu komandalar arasında 1-ci dövrənin matçında 2:2 hesabı qeydə alınıb.
Bu nəticədən sonra "Şamaxı" xallarını 17-ə çatdırıb və "Neftçi"ni qabaqlayaraq 7-ci pilləyə yüksəlib. "Sabah" isə turnir cədvəlində 26 xalla 5-cidir.
Tura “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, bugünkü oyunlarla Misli Premyer Lqiasında 2-ci dövrəyə yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq. Çempionatda 3-cü dövrə isə 2025-ci il yanvarın 17-də start götürcək.