Lənkəranda qəza baş verib, xəsarət alanlar var

Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hərəkətdə olan "Lada" markalı nəqliyyat vasitəsi, "KIA" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində iki nəfər 1996-cı il təvəllüdlü Xaliq Heybət oğlu İsmayılzadə (arterial hipertanziya, döş qəfəsinin küt travması) və 1971-ci il təvəllüdlü Yeganə Abasət qızı İsmayılova (burunun sınığı, döş qəfəsinin küt travması) xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.