Təmas xətti boyunca vəziyyət mürəkkəbləşir - Baş Qərargah rəisi etiraf etdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı (AFU) döyüşlərin getdiyi bütün təmas xətti boyunca vəziyyəti çətin adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Qərargahın teleqram kanalında yerləşdirilmiş məlumatda deyilir: "Cəbhədə vəziyyət çətin olaraq qalır. Rus ordusunun texniki təchizat və şəxsi heyəti sayı baxımından daha üstündürlər".

Qeyd edək ki, dekabrın 19-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin ilə telefon danışığında da cəbhədə davam edən vəziyyəti “son dərəcə çətin” adlandırmışdı. Son vaxtlar Ukraynanın müxtəlif səviyyəli hərbi rəhbərləri əməliyyat-strateji vəziyyəti daim mürəkkəb kimi xarakterizə edirlər.