“Yaxşı diplomatiya dövləti hər zaman fəlakətlərdən, müharibələrdən və uğursuzluqlardan xilas edə bilər. Məsələn, Levon Ter-Petrosyan bir dəfə demişdi ki, yaxşı kral ölkəni müharibələrdən uzaq tutmağı bacarandır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın “Döyüş qardaşlığı” təşkilatının üzvü Aşot Terteryan deyib.
Onun sözlərinə görə, 2020-ci il müharibəsinin qarşısını almaq və ya daha tez qurtarmaq lazım idi:
“Bu bizim diplomatiyamızın uğursuzluğu idi. İndi 2025-ci ildə Ukrayna cəbhəsində atəşkəs əldə olunması və Rusiyanın Cənubi Qafqazda yenidən fəallaşması, bundan başqa İrana Qərbin hücumu mümkündür. Belə bir şəraitdə Ermənistan da müharibəyə cəlb oluna bilər.
Yenə də deyəcəklər ki, biz diplomatiyanı düzgün aparmadıq, Rusiyaya arxa çevirdik, Qərblə yaxınlaşa bilmədik və müharibəyə girdik. Əslində bütün bunlar siyasi cəfəngiyyatdır.
Müharibə yetişəndə diplomatiyanı nə qədər güclü aparsan da, ondan qaçmaq mümkün deyil”.