AB bu tarixdə Rusiyaya növbəti sanksiya tətbiq edəcək

Avropa Birliyi (AB) 2025-ci ilin fevralında Ukrayna ilə müharibənin üçüncü ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə "Velt am Sonntag" AB-dəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, artıq hazırlıq işlərinə başlanılıb:

“Növbəti sanksiyalar paketi rəsmi Moskvaya açıq siqnal kimi nəzərdə tutulub. Məhdudiyyətlər Rusiya iqtisadiyyatının hələ də sanksiyalarla əhatə olunmayan və ya kifayət qədər əhatə olunmayan konkret sahələrinə qarşı tədbirləri ehtiva edəcək".