ABŞ-nin Alyaska ştatının sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Qeyd olunub ki, yeraltı təkanların episentri Ankoric şəhərindən 627 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 9,2 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.