154 kiloluq qadın: Oğlunu üstünə oturaraq öldürdü!

ABŞ-da təxminən 154 kilo ağırlığında olan qadın 10 yaşlı ögey oğlunun üstündə dəqiqələrlə oturaraq onu boğduğu iddiası ilə bu həftə həbs edilib.

Sherg.az xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, 48 yaşlı Cennifer Li Uilson aprel ayında qonşusunun evinə qaçmaq istəyən kiçik Dakota Levi Stivensi öldürüb. Sənədlərə görə, Vilson, "qaçmasının" qarşısını almaq üçün evinin qarşısında uşağın üstünə oturmaqda günahlandırılır.

Yerli mətbuatın yazdığına görə,  valideyni bir yandan sosial işçini çağırmağa çalışıb və bu zaman çəkisi  40 kq ağırlığındakı oğlan  qışqırırdı və sonunda hərəkətsiz qalıb. 


Qapı zəngi kamerası qadının oğlan hərəkətini dayandırsa da onun üstündə oturmağa davam etdiyini üzə çıxarıb. Bu dəfə qadın oğlandan zarafat edib etmədiyini soruşub, amma göz qapaqlarının solğun olduğunu görüb.
Polis hadisə yerinə gələndə yazıq uşaq nəfəs almırdı. Təcili yardım işçiləri uşağı xilas etməyə çalışarkən Dakota çox solğun görünürdü. Dakota yerli xəstəxanaya aparılıb və iki gün sonra onun öldüyü məlum olub.

Ölümündən əvvəl Dakota qonşusunun evinə gedərək zorakılığa məruz qaldığını deyərək onu övladlığa götürməsini yalvarıb. Sözügedən qonşu uşaqda gözəgörünən xəsarət görmədiyini deyib. Yerli tibbi ekspertizanın rəyinə görə, onun ölümü oksigen çatışmazlığı nəticəsində qətl kimi qiymətləndirilib. Ögey ananın təxminən beş dəqiqə onun üstündə olduğu bildirilir. Uilson şənbə günü həbs edilib. Günahı sübuta yetirilərsə, onu 6 ilə qədər həbs gözləyir.