Rus turist: Türkiyəni və türkləri sevirəm

Velosipedlə Türkiyəni gəzən rusiyalı turist Ordunun Altınordu rayonunda bir lövhə görərək sevincini sosial şəbəkədə paylaşıb.

Sherg.az xəbər verir ki, Öceli Tunelinin girişində, 'Diqqət! Tuneldə velosipedçi var. “Sol zolaqla gedin” yazılan lövhəni görən turist bu düşüncəli fikrə münasibətini videoya çəkərək bildirib.

Turist bu açıqlamanı paylaşıb: "Mən Türkiyəni və türkləri sevirəm. Çünki baxın burada nə yazıblar?".

Video sosial şəbəkədə böyük marağa səbəb olub.