Pezeşkian Putinlə iqtisadi əməkdaşlığı müzakirə edəcək

İran Prezidenti Məsud Pezeşkian oktyabrın sonunda Moskvaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə iqtisadi əməkdaşlıq, enerji və ərzaq təhlükəsizliyi, eləcə də geosiyasi məsələləri müzakirə edəcək.

Sherg.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali RİA Novosti-yə bildirib.

Görüşdə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi və ticarət əlaqələrinin inkişafı da müzakirə olunacaq. Səfirin sözlərinə görə, səfər çərçivəsində hər hansı sənədin imzalanması nəzərdə tutulmur.