İspaniyanın “Betis” klubunun futbolçusu Troy Parrottun evi oğruların hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, maskalı şəxslər şənbə günü “Barselona” ilə La Liqa matçı zamanı irlandiyalı hücumçunun Sevilya şəhərində yerləşən evinə daxil olublar.
Evdəki təhlükəsizlik kameraları şübhəlilərin hərəkətlərini qeydə alıb. Lakin onlar heç nə oğurlamadan ərazidən uzaqlaşıblar. İspaniya Mülki Qvardiyası hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, “Betis”in digər futbolçusu Antoni də oxşar hadisə ilə üzləşib. Braziliyalı vingerin evi komandasının “Portu” ilə avrokubok matçında oynadığı vaxt oğruların hücumuna məruz qalıb. Həmin vaxt futbolçunun oğullarından biri evdə olub. Klub sonradan hadisə nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.