Aİ Ukrayna danışıqlarına qoşulmaq istəyir: Məqsəd ABŞ-ın mövqeyini dəyişməkdir

Avropa İttifaqı Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara qoşularaq ABŞ-ın mövqeyinə təsir göstərməyə çalışır.

Sherg.az xəbər verir ki, “Euronews” nəşrinin məlumatına görə, Brüssel üçtərəfli danışıqların Avropa nümayəndələrinin də iştirak etdiyi çoxtərəfli formata çevrilməsini istəyir. ABŞ və Rusiyanın mövqelərinin yaxınlaşması Avropa paytaxtlarında narahatlıq doğurur.

Nəşrin analitikləri isə Aİ-nin Vaşinqtonun strateji qərarlarına təsir imkanlarını məhdud qiymətləndirirlər. Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Avropa rəsmilərinin Ukrayna münaqişəsinin həllinə kömək edə bilməyəcəyini bildirmişdi.