Azərbaycanla Türkiyə arasındakı qardaşlıq zamanın sınağından çıxmış, ortaq tarixdən, milli-mənəvi dəyərlərdən və sarsılmaz etimaddan güc alan birliyidir. Bu birlik həm də milyonlarla insanın ortaq taleyi, ortaq sevinci və ortaq gələcəyidir.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq siyasəti və türk dünyasının birliyinə töhfə verən siyasi iradə Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldib. MHP lideri Dövlət Baxçalının Azərbaycanla həmrəyliyə verdiyi dəstək də bu qardaşlığın siyasi və mənəvi dayaqlarından biridir.
Bəzən yollar çətinləşər, qarşıya maneələr çıxar, müxtəlif qüvvələr bu birliyi sınağa çəkməyə çalışar. Ancaq Azərbaycan və Türkiyə qol-qola olduqca heç bir çətinlik keçilməz deyil. Çünki bu birliyin təməlində həm də sarsılmaz qardaşlıq ruhu kök salıb.
Biz birlikdə güclüyük! Birimizin ağrısı o birimizin ağrısı, sevincimiz sevincimizdir.
Azərbaycan və Türkiyə bundan sonra da çiyin-çiyinə addımlayacaq, qarşıya çıxan bütün problemləri ortaq iradə və qarşılıqlı etimadla aşacaq. Türk dünyasının gələcəyinə uzanan yolda bu qardaşlıq ən böyük gücümüz, ən möhkəm dayağımızdır.
Bir millət, iki dövlət! Qol-qola, ürək-ürəyə-əbədi qardaşlıq!