İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə britaniyalı həmkarı Devid Lemmi ilə görüşüb.
APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında paylaşım edib.
Görüşdə tərəflər arasında Suriya, Livan və İrandakı mövcud vəziyyət müzakirə olunub.
Tərəflər, həmçinin İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşmasını da müzakirə ediblər.
"Mən, İsrailin Qəzzada girovlarla bağlı bir razılaşma əldə etmək niyyətində olduğunu vurğuladım." - deyə İsrail XİN başçısı vurğulayıb.