ABŞ-da qanlı atışma: Ölən və yaralananlar var

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində silahlı atışma nəticəsində azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə təxminən 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib.

İnsidentin səbəbi hələlik açıqlanmayıb.

Polis müfəttişi bildirib ki, atəş açan bir neçə nəfər ola bilər.