Analar üçün xüsusi keçilərlə yoqa: Gözləmə siyahısında min adam var

Rusiyanın paytaxtı Moskvanın Qorki parkında hamilə qadınlar və yeni uşaq dünyaya gətirmiş  analar üçün maraqlı yoqa təcrübəsi təklif olunur. Keçilərlə yoqa seanslarına böyük maraq var. 30 nəfərlik qruplar üçün min nəfərlik növbə var.

Sherg.az xəbər verir ki, yoqa döşəklərinin ətrafında dolaşan keçilər iştirakçılar üçün sessiyanın vacib hissəsidir.

Yoqa ilə məşğul olanlar keçilərə yaxınlaşa, onları əzizləyib, bəsləyə bilərlər. Bu tədbirlər analara həm rahatlıq, həm də keçilərlə və təbiətlə təmasda olmaq imkanı verir.

Qorki parkında hər cümə axşamı keçilərlə yoqa seanslarının keçirilməsi planlaşdırılır.