Sumqayıtda mənzildə kişi meyiti tapılıb

Sumqayıtda mənzildə 59 yaşlı kişi meyiti tapılıb.

APA xəbər verir ki, hadisə “Yaşıldərə” adlanan yaşayış massivində qeydə alınıb.

1965-ci il təvəllüdlü Xanoğlan Əvəz oğlu Məmmədovun meyiti yaşadığı fərdi evdə aşkar olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Fakt araşdırılır.