İranda zəlzələ baş verdi

İranın şərqində 4,4 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Əfqanıstanın Herat şəhərindən 214 km cənub-qərbdə və İranın Bircənd şəhərindən 118 km şimal-şərqdə qeydə alınıb.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.