Qlobal aləmdə belə bir fikir var ki, dezinformasiya ya məlumatın azlığından, ya da yoxluğundan yaranır.
Sherg.az APA-ya istinadən xəbər verir ki, bunu Şuşa Qlobal Media Forumu zamanı jurnalistlərə açıqlamasında Misirin "Media News Agency" Agentliyinin baş redaktoru Tareq Abdul-Qafar bildirib.
Tareq Abdul-Qafar Şuşa Qlobal Media Forumunun əhəmiyyətinə də toxunub: "Bu cür tədbirlər ümumilikdə qlobal media mühitinin, informasiya sferasının sağlamlaşdırılmasına xidmət edir. Bizim əsas məqsədimiz də elə bundan ibarətdir. Şuşa Qlobal Media Forumu bu istiqamətdə həm Azərbaycanın, həm də burada iştirak edən ölkələrin təmsilçilərinin mövqeyini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dezinformasiya ilə mübarizə aparılmasına gəlincə, bu amil informasiyanın ya azlığından, ya da yoxluğundan yaranır. Bu da əhali ilə dövlətin rəsmiləri arasında etimadsızlığa səbəb olur. Bunu da nəzərə almaq lazımdır ki, bəzi hallarda informasiyaya məhdudiyyətsiz çıxış əldə edilməsi onların emalı və ya yanlış emal olunması zamanı ciddi problemlərə yol aça bilər".