Soyuqluğun cavanlaşdırıcı xüsusiyyəti buz sayəsində dərinizi qısa müddətdə yeniləmək imkanı verir. Yorğun və ya yuxulu olduğunuz zaman dərinin daha parlaq görünməsini təmin edə bilərsiniz.
Evdə demək olar ki, sıfır qiymətə başa gələn buz maskaları bir çox müxtəlif dəri problemlərinə yaxşı təsir göstərə bilər. Buzdakı minerallar dərini daha canlı göstərir.
Sherg.az göz altındakı şişkinliyi və sızanaqları aradan qaldıran üsulları təqdim edir:
Göz ətrafı üçün buzlu çay maskası
Gözün ətrafını sakitləşdirmək üçün 2 paket yaşıl çayı qaynar suda dəmləyin. Sonra onları dondurucuya qoyun və dondurun. Göz ətrafına masaj edərək hər gün buz kublarından istifadə edə bilərsiniz. Bu təbii üsul gözlərinizi çox rahatlaşdırır.
Limonlu buz maskası
Dondurucuya təzə sıxılmış limon suyu əlavə edin. Dondurulmuş qəlibləri istədiyiniz zaman dərinizə çəkə bilərsiniz. Təbii C vitamini tərkibi dərinizi daha canlı və parlaq edəcək.
Sodalı buz maskası
Buz qəliblərinə soda doldurun və dondurucuda saxlayın. Dondurduqdan sonra dairəvi hərəkətlərlə yumşaq bir şəkildə dərinizə sürtə bilərsiniz. İstəyə görə təzə sıxılmış limon suyu əlavə edə bilərsiniz.
Nəmləndirici buz maskası
Bu üsul dərinin daha yaxşı nəmlənməsini təmin edir. Gündəlik istifadə etdiyiniz nəmləndirici kremdən bir az daha çox çəkin. Sonra buzu dərinizə sürtün. Buz əriyənə qədər hərəkətə davam edin. Dərinizi ilıq su ilə yaxaladığınız zaman təsirini görəcəksiniz.
Xiyar buz maskası
1 xiyar püresi konsistensiyasına qədər doğrayın. Püre halına salınmış xiyarın içinə 1 limonun suyunu qarışdırın. Bu qarışığı buz qablarında dondura bilərsiniz. Qarışığı dərinizə yaxşıca sürtün.
Aloe vera buz maskası
Bu son dərəcə təravətləndirici maskanı hazırlamaq olduqca sadədir. Dərini sakitləşdirən və cavanlaşdıran aloe vere geli sağlamlıq üçün də faydalıdır. Jeli qabığından ayırın, bir buz qabına tökün və dondurun. Maskanı yaxalamaq lazım deyil.
Gül suyu maskası
Buz qəliblərinə təbii qızılgül suyunu əlavə edib dondurun. Dondurduqdan sonra göz ətrafına və dəriyə çəkə bilərsiniz. Dəridə tonik effekt yaradaraq gözləri canlandıracaq.