Zoran Milanoviç seçkilərdə qalib gəldi

Xorvatiyanın hazırkı Prezidenti Zoran Milanoviç 77,86 faiz səslə seçkilərdə liderdir, onun rəqibi Draqan Primorats isə 22,14 faiz səs toplayıb.

Axar.az xəbər verir ki, bu barədə "ekzit-poll"un məlumatlarınada deyilir.

Bildirilib ki, prezident seçkiləri yerli vaxtla saat 07:00-dan 19:00-dək 6700-dən çox seçki məntəqəsində və 38 xarici ölkədə 105 seçki məntəqəsində keçirilib.

3 milyon 769 min 598 nəfərin səsvermə hüququ olub.

Dövlət Seçki Komissiyası (DSK) 14600 xorvat və xarici müşahidəçini akkreditə edib.

Qeyd olunur ki, seçkilər dinc şəraitdə keçib.

***

Xorvatiyanın hazırkı Prezidenti Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda bülletenlərin 99,48 faizinin sayılmasından sonra səslərin 74,66 faizini toplayıb.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Onun rəqibi, keçmiş təhsil naziri Draqan Primorats isə 25.34 faiz səs yığıb.