Zukerberqdən  WhatsApp etirafı: CIA mesajlarınızı oxuya bilər!

“Meta”nın baş direktoru, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Mark Zukerberqin açıqlamaları hər zaman gündəmdədir.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, Mark Zukerberqin ABŞ kəşfiyyat agentliyi CIA-nın şəxslərin WhatsApp mesajlarına necə daxil ola biləcəyi ilə bağlı qiymətləndirmələri mediada çox müzakirə mövzusu olub.

O, bildirib ki, şifrələmə texnologiyası "Meta"nın istifadəçi mesajlarına daxil olmasına mane olur, lakin kimsə istifadəçinin telefonuna birbaşa daxil olsa, mesajlar hələ də oxuna bilər.

“Joe Rogan Experience” podkastında çıxış edən Zukerberq etiraf edib ki, ABŞ rəsmiləri, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi istifadəçilərin “WhatsApp” mesajlarına onların cihazlarına uzaqdan daxil olmaqla daxil ola bilər. Bu açıqlamalar rəqəmsal təhlükəsizlik və hökumətin məlumatlara çıxışı ilə bağlı yeni müzakirələrə səbəb olub.

Zukerberq vurğuladı ki, uç-to-end şifrələmə rəqəmsal təhlükəsizliyi təmin edir, lakin fiziki giriş zamanı kifayət deyil. “Əgər kimsə telefonunuza daxil olarsa, cihazda saxlanılan bütün mesajlar görünə bilər” deyən Zukerberq bununla da yoxa çıxan mesajlar funksiyasının əhəmiyyətinə diqqət çəkib.

Zukerberq bu yaxınlarda ABŞ prezidenti Co Bayden administrasiyasının pandemiya zamanı senzura üçün onlara təzyiq etdiyini açıqladı. Zukerberq, "Dəqiq və həqiqəti əks etdirən məzmunu silmək üçün bizə güclü təzyiq göstərdilər. Bir sözlə, peyvəndlərin yan təsirləri olduğunu bildirən yazıları silmək istədilər" deyə bildirmişdi.