İlyas İsmayılov yenidən reanimasiyaya yerləşdirilib

İlyas İsmayılovun vəziyyəti açıqlanıb.
Mərkəzi Klinikadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İlyas İsmayılovun vəziyyəti ağır stabil olaraq qalır.

Klinikadan o da bildirilib ki, İlyas İsmayılovun reanimasiya şöbəsində müalicəsi davam edir.

Qeyd edək ki, insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə olunduqdan sonra stasionar şöbəyə köçürülmüşdü.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.