
Bakı hava limanı baqajları satışa çıxarmayıb -AÇIQLAMA
08:43 13.01.2025
Cəmiyyət
637
"Feyk" səhifələrdə vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir
Heydər Əliyev Hava Limanının adından feysbukda itirilmiş baqajların satışa çıxarılması ilə bağlı reklam mövcuddur. Reklamda 6 aydır anbarda saxlanılan, sahibləri tapılmayan itirilmiş baqajların ucuz qiymətə satıldığı qeyd olunub və alış-veriş etmək üçün link göstərilib.
Qeyd edilib ki, Aeroport itirilmiş baqajı 3,64 AZN-ə satışa çıxarıb. Hər il anbarlarda çoxlu sayda itirilmiş və ya unudulmuş çamadanlar toplanır.
Qaydalara əsasən, hava limanı yoxlanılmamış baqajı utilizasiya edilir. Amma bu dəfə xeyriyyə aksiyası təşkil edir və çamadanı 3,64 manata satır.
-ekspert Natiq Cəfərli isə sözügedən reklamın "feyk" səhifələrdə paylaşıldığını deyib. Ekspert “Sherg.az"a açıqİqtisadçılamasında qeyd edib ki, aeroportun adından sosial şəbəkələrdə açılmış saxta səhifələr vasitəsilə vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir:

"Bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlara diqqətli olmağı tövsiyə edən iqtisadçı deyib ki, bu cür linkləri açmaq təhlükəlidir. Onun sözlərinə görə, bu elanlar insanların kart məlumatlarını və göndərdikləri pulları mənimsəmək üçün qurulmuş bir tələdir. Zaman-zaman bununla bağlı aidiyyəti qurumların rəsmi açıqlamaları da olub ki, belə bir hal yoxdur.
Xarici ölkələrdə itirilmiş baqajların ucuz qiymətə satışa çıxarılması təcrübəsinin olduğunu vurğulayan ekspert bildirib ki, hələlik ölkəmizdə belə bir sistem mövcud deyil: “Bildiyim qədəri ilə baqajlar bir il müddətində saxlanc məntəqəsində saxlanılır, müddət başa çatdıqdan sonra isə utilizasiya olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi