İranlı generaldan Trampa mesaj: “Artıq yerindən qalxmağa halı yoxdur”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi ABŞ Prezidenti Donald Trampı hədəf alaraq sərt bəyanatla çıxış edib.

Sherg.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, Abdullahi Trampın yaşlandığını iddia edərək, “ABŞ Prezidenti artıq yaşlanıb, yerindən qalxacaq vəziyyətdə deyil”, - deyib.

İranlı general ABŞ və İsrailin İrana qarşı mümkün yeni hücumlarının daha ağır nəticələrə səbəb olacağını bildirib. O, Vaşinqton və Təl-Əvivin daha əvvəl dəfələrlə İranı sınağa çəkdiyini vurğulayaraq, eyni addımları yenidən atmağın səhv olacağını qeyd edib.

Abdullahi çıxışında ABŞ və İsrailə ünvanlanan xəbərdarlığını belə ifadə edib: “Axmaq qərarlarınız üçün dəqiqələri sayırıq”.