Yaponiyanın üçüncü böyük adası olan Küsünün cənubundakı Miyadzaki prefekturasında baş verən 6,9 maqnitudalı zəlzələdən sonra elan edilmiş sunami xəbərdarlığı ləğv edilib.
“Report” xəbər verir ki, bu barədə seysmoloji xidmət funksiyalarını yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, zəlzələdən sonra dalğa hündürlüyü 1 m-ə qədər ola biləcək sunami təhlükəsi elan edilib, reallıqda isə bu, əksər yerlərdə 20 sm olub. Yaponiya Baş nazirinin ofisində yeraltı təkanlarla bağlı böhran qərargahı fəaliyyətə başlayıb.
Yerli enerji şirkətinin məlumatına görə, zəlzələ zonasında yerləşən iki atom elektrik stansiyasında heç bir problem aşkarlanmayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bölgədə nəqliyyatın hərəkəti normaldır. Dəmir yolu xidməti də müvəqqəti bağlandıqdan sonra qrafikə uyğun işləyir.
***
Yaponiyanın cənub-qərbində 6,9 maqnitudalı zəlzələ baş verib.
APA “Kyodo”ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələdən sonra sunami ilə bağlı xəbərdarlıq edilib.
Yeraltı təkanların dərinliyi 30 km olaraq qeydə alınıb.