Rusiya, Ukraynanın Türkiyəyə uzanan “Türk axını” təbii qaz kəmərinin infrastrukturuna hücum etməyə çalışdığını bildirib.
Sherg.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya təbii qazını Türkiyə və Avropaya daşıyan “Türk axını” təbii qaz kəmərinin infrastrukturuna hücum etməyə cəhd edən 9 Ukrayna pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.
Nazirlik hücumun Rusiyanın cənubundakı Krasnodar bölgəsindəki kompressor stansiyasında baş verdiyini, lakin obyektin normal işləməyə davam etdiyini və itkilərin olmadığını bildirib.