Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Sherg.az Report-a istinadla xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.
Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb.
Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.