İranın xarici işlər naziri Abbas Araqçi gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Xarici işlər naziri Abbas Araqçi yanvarın 20-də Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə dair iclasında iştirak edəcək”, - sözçü qeyd edib.