Ərdoğan sabah Bakıya gəlir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə Görüşündə iştirak etmək üçün 14-15 oktyabr tarixlərində Baıkya səfər edəcək.
APA -nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilib ki, Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.