Suriyada 525 PKK terrorçusu məhv edildi


Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Sülh bulağı" əməliyyatı çərçicəsində 525 PKK/PYD-YPG terrorçusunu zərərsizləşdiriblər.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

Məlumatda deyilir: "Uğurla davamç edən "Sülh bulağı" əməliyyatının başlandığı andan zərərsizləşdirilən PKK/PYD-YPG terrorçularının sayı 525-ə çatıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.