Struktur islahatları: İcra başçıları vətəndaşların problemini diqqətə almalıdır

“Dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar əhali tərəfindən böyük sevinclə qarşınır”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müavini, “Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı deyib. 

Politoloq bildirib ki, Prezident inqilabi proses həyata keçirir və bu proses Azərbaycanın hərtərəfli güclənməsinə, inkişafına səbəb olacaq: 

“Kadr və struktur islahalatlarının aparılması, bir sıra qurumların birləşdirilərək vahid formada idarəçiliyin yaradılması ictimaiyyət tərəfindən dəstəklənir. Dövlət başçısının islahatlarına xalq olaraq hamımız dəstək verməliyik. Yaşı 70-dən yuxarı olan nazirlərin, icra başçılarının və digər məmurların enerjili gənc kadrlarla əvəz olunması olduqca müsbət tendensiyadır. Gənc kadrların imkanları və potensialı daha çox olur. Amma dövlət başçısı özü də vurğuladı ki, gənc kadrlar yaşlı məmurların təcrübəsindən istifadə etməlidir”. 



Niyaməddin Orduxanlı: "Bir çox məmurlar xalqla ünsiyyətdən qaçırlar, hətta qəbul günlərində belə vətəndaşlarla görüşmürlər"


N.Orduxanlının sözlərinə görə, Prezident təyin etdiyi məmurlar qarşısına ciddi tapşırıqlar qoyur və xalqla birbaşa təmas qurmağın zəruriliyini vurğulayır: 

“Etiraf etmək lazımdır ki, bəzi icra hakimləri istisna olmaqla əskəriyyəti vətəndaşlarla ünsiyyətdən qaçırlar. Prezident sadəcə iki rayonun icra başçısına deyil, bütün rayonların rəhbərlərinə mesaj verdi. Diqqətə çatdırdı ki, özü bir Prezident və Ali Baş Komandan olaraq hər gün xalqla təmasda olur, onların problemləri ilə maraqlanır. Dövlət başçısı demək olar ki, hər çıxışında xalqın xidmətçi olduğunu xüsusi vurğulayır. Həm Prezident İlham Əliyev, həm də Birinci Vitse-prezident Mehriban xanım Əliyeva öz ad günlərini məcburi köçkünlərlə, Qarabağ qaziləri ilə, fiziki qüsuru olan uşaqlarla keçirir. Bütün məmurlar Azərbaycan rəhbərliyindən nümunə götürməlidir. Təəssüflər olsun ki, bir çox məmurlar xalqla ünsiyyətdən qaçırlar, hətta qəbul günlərində belə vətəndaşlarla görüşmürlər”.