Bakıda uşaq evində yaşayan şagird itkin düşdü

Bakıda uşaq evində yaşayan qız itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib. 

Belə ki, noyabrın 13-də saat 07:30 radələrində Əhmədli qəsəbəsində yerləşən uşaq evində yaşayan Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, onuncu sinif şagirdi Ayşə Vəlizadə Nərimanov rayonu İ.Abışov küçəsində yerləşən mənzilə gəlib.

Oradan çıxdıqdan sonra uşaq evinə qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsidə araşdırma aparılır.