Nazir müavini Yeni illə bağlı XƏBƏRDARLIQ ETDİ

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Yeni il bayramı ilə bağlı tapşırıq verib.

E.Mirzəyev bu barədə Fövqəladə Hallar Nazirliyində keçirilən əməliyyat müşavirəsində bildirib.

O, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.