Nigah mərasimində dualara icazə verilmədi: İstintaq başladı

Türkiyənin İzmir şəhərində keçirilən nigah mərasimində toy məmurunun duaların oxunmasına icazə verməməsi etirazlara səbəb olub. 

Sherg.az xəbər verir ki, İzmir Karşıyakadakı Zübeyde Xanım şadlıq sarayında baş tutan nigah törənindən əvvəl bir nəfər əlinə mikrofonu götürüb dua etmək istəyib.

Duaya icazə verməyən toy məmuru "Bura rəsmi ofisdir. Burada mikrofona icazə vermirik, rəsmi nikah bağlanır. Duanı evdə də edə bilərsiniz" deyib. 

Sosial mediada reaksiyalara səbəb olan görüntülərdən sonra Karşıyaka Respublika Prokurorluğu hərəkətə keçib.

Toy məmuruna qarşı "ictimaiyyətin bir hissəsini təhqir etmək və dini dəyərləri təhqir etmək" maddəsi ilə istintaqa başlanıb.