Şahbaz Xuduoğlunun şərti: “Kim qapıma gəlib əlimi sıxacaq, ona səs verəcəm”

“Şəkillərə səs vermək dövrü arxada qaldı. Həqiqi seçici namizədini yaxından tanımaq istəyir”



“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı şərtini açıqlayıb. 

Söhbət, Şahbaz Xuduoğlunun namizədliyini irəli sürməsindən yox, səsverməyə hansı halda qatılacağından gedir. Səsvermə seçki prosesinin ən mühüm mərhələsidir, çünki. 

Sherg.az-ın xəbərinə görə, naşir şərtini qeyd edərək deyib ki, qapısını şəxsən döyən namizədə səs verəcək: 

“Millət vəkili seçilmək hər bir namizədin əsas məqsədidir. Mənə maraqlı olan isə cəmiyyətin problemlərini kimin necə göstərməsidir, yaxud ifadə etməsidir. Namizədlər gərək imzatoplama və təbliğat vaxtları seçicilərinin qapılarına getməyə tənbəllik etməsinlər. Seçicilərin problemlərini həll etmək üçün müvafiq strukturlara yüzlərlə sorğular göndərsinlər. Seçici kimi deyim ki, yalnız qapıma gələn və əlimi sıxan namizədə səs verəcəm. Şəkillərə səs vermək dövrü arxada qaldı. Həqiqi seçici namizədini yaxından tanımaq istəyir”.