Talibanla ABŞ danışıqlara başladı

Talibanla ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad arasında danışıqlara start verilib.

Axar.az xəbər verir ki, bu məlumatı Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin deyib. Talibanı danışıqlarda Molla Baradarın təmsil etdiyi bildirilib.

Qeyd edək ki, Talibanla ABŞ arasında danışıqlar 2019-cu ilin dekabrında 3 aylıq fasilədən sonra yenilənmişdi.