Qazaxıstanda 34 aviareys təxirə salındı

Qazaxıstan yenidən soyuq hava silklonlarının əsarəti altına düşüb.

Axar.az xəbər verir ki, paytaxtdakı "Nursultan Nazarbayev" beynəlxalq hava limanında güclü fırtına səbəbindən 34 aviareys təxirə salınıb.

“Türk Hava Yolları”nın Nur-Sultan-İstanbul, “FlyDubai” aviaşirkətinin Nur-Sultan-Dubay, “Lufthansa” hava yollarının Nur-Sultan-Frankfurt, “Aeroflot” hava yollarının isə Nur-Sultan-Moskva istiqamətində reysləri təxirə salınıb. Həmçinin qeyri-sabit hava şəraiti ilə əlaqədar nəqliyyatın bütün növləri üçün yollarda hərəkət bağlanıb. Paytaxt Nur-Sultanda qar yağıntısı və güclü çovğun başlayıb. Sinoptiklərin proqnozlarına görə, yaxın 3 gün ərzində güclü qar yağıntısı gözlənilir.