Ali Məhkəmənin yeddi hakimi təqaüdə göndərildi

Azərbaycan Respublikası Ali Məhkəməsinin təqaüdə göndərilən hakimlərinin sayı açıqlanıb.

Bu barədə Ali Məhkəmə Plenumunun növbəti iclasında sədr Ramiz Rzayev məlumat verib.

Onun sözlərinə görə, Ali Məhkəmənin yeddi hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.