Bakıda dəhşət: Sürücü maşında yanaraq öldü - FOTO

Dünən axşam saatlarında Bakının Qaradağ rayonunda “Mercedes” markalı avtomobil dirəyə çırpıldıqdan sonra yanıb.

Oxu.Az xəbər verir ki, hadisə zamanı Orxan adlı sürücü avtomobildə yanaraq ölüb. 

Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.