Türkiyənin Antalya bölgəsində qəribə hadisə yaşanıb. Antalyanın Qumluca əyalətində uzunqulaqlar “evləndirilib”. “Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Qumluca sakinləri nəsli kəsilməkdə olan eşşəklərin qorunması, canlı aləmin müxtəlifliyinin inkişafı naminə erkək və dişi eşşəklərə rəmzi nikah və toy mərasimi təşkil ediblər. Erkək eşşəyə “bəylik”, dişiyə isə “gəlinlik” geyindirilib, güllərlə, çiçəklərlə bəzədilib. Nikah mərasimindən sonra isə eşşəklər traktora mindirilib və “bal ayı”na yola salınıblar. Rəmzi nikah mərasimi Qumlucanın Ortaköy məhəlləsində düzənlənib. Məhəllə sakinləri özləri də bəzənib mərasimdə iştirak ediblər. Mərasimə xalq musiqisi sənətçisi Aydın da dəvət edilib. Dişi eşşəyin mindirildiyi traktorun qarşısını kəsənlərə adətə uyğun bəxşiş – pul da verilib. Mərasimdə nikah məmuru, şahidlər də iştirak edib. Məhəllə sakinlərinin şahidliyi ilə eşşəklərə nikah kəsilib. Nikah kəsildikdən sonra kəndin muxtarı Həlimə Qaya eşşəklərə qızıl boyunbağı, Qumluca Ziraət Odası başqanı Hidayət Kökce isə nal taxıb. Mərasimə toplaşmış sakinlər də eşşəklərə xonçalarda gətirdikləri kök, kələm, xiyar, ot yediriblər. Hidayət Kökce, “keçmişdə bizim yükümüzü çəkən, xırmanda, dəyirmanda bizə xidmət göstərən, bazarlıqlarırmızı daşıyan, traktorlara qoşulan bu heyvanların nəsli tükənmək üzrədir. Gənclərimiz eşşək görməyib. Bundan sonra görə biləcəkləri də çətindir. Bu rəmzi nikah mərasimi təsərrüfatda, ev işlərində zamanında ən yaxın köməkçimiz olmuş heyvanları nəsli kəsilməkdən xilas etmək, biomüxtəlifliyi qorumaq, canlı aləmin bir parçası olan eşşəkləri qorumaqdır. Qarşıdakı illərdə eşşəkləri ancaq kitablarda, şəkillərdə axtarmayaq deyə, onları bu gün qorumalıyıq”, deyib. Ortaköy məhəllə muxtarı Həlimə Kaya da “bu heyvanların simvolik nikah mərasimini keçiririk. Bu zəhmətkeş heyvanları qoruyaq, onları sevək, övladlarımıza tanıdaq”, söyləyib. Xalq sənətçisi Aydın isə illərdir ki, hər il yaz aylarında təbiətlə halallaşdığını deyib: “Bu il də eşşəklərlə duet oxumuşam. Onların nəsli tükənmək üzrədir. İnsanlar bu heyvana həqarət edir, təhqir edir, bəyənmədikləri insanı bu heyvana bənzədirlər. Halbuki eşşək çox ağıllı, zəhmətkeş, qədirbilən heyvandır. Eşşəklər bizə yol göstərib daim. Gözləri çox gözəldir. Əziyyətimzi çəkiblər daim. Onlara borcluyuq. Boynumuzda haqları var. Övladlarımız eşşəkləri tanımır daha. Heç bir məlumatları yoxdur. Bu heyvanı tanıtmalıyıq ki, övladlarımız da hansı heyvanların insana dost olduğunu bilsinlər”.
Uzunqulaqlara toy etdilər: “Bal ayı”na gedən heyvanlar?!
10:35 07.05.2024
Hadisə
349

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaxın Şərqdə gərginliyin yeganə mənbəyi İrandır - Rubio
18:54 16.02.2025
Dünya
İqtisadçı: 0,9 faizlik azalma ciddi siqnal olmalıdır
18:00 16.02.2025
İqtisadiyyat
Goranboyda qayınata gəlinə qumbara atıb
17:35 16.02.2025
Hadisə
Azərbaycanla bağlı bu layihə TBMM-ə göndərildi
17:09 16.02.2025
Siyasət
Hindistanda dəmiryolu vağzalında izdiham yaşanıb, 18 nəfər ölüb
16:27 16.02.2025
Dünya
Sabahkı hava bu insanlarda narahatlıq yarada bilər
16:05 16.02.2025
Cəmiyyət
Politoloq: QHT və media sahəsi aysberqin görünən tərəfidir
15:43 16.02.2025
Aktual
Magistraturaya qəbul imtahanı keçirilib
15:20 16.02.2025
Təhsil
Avropa qətiyyətlə birləşib - Kallas
14:58 16.02.2025
Dünya
Əli Əsədov və Mişustin sabah Tehrana gedəcək
13:54 16.02.2025
Siyasət
Ucarda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
13:32 16.02.2025
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:49 16.02.2025
Ekologiya
Türkiyədə 4,8 maqnitudalı zəlzələ olub
12:35 16.02.2025
Dünya
Bakı-Naxçıvan reysində gecikmə yarandı
11:36 16.02.2025
Hadisə
İlham Əliyev litvalı həmkarını təbrik edib
11:20 16.02.2025
Siyasət
Faktiki hava AÇIQLANIB
10:42 16.02.2025
Ekologiya
Konsertdə bağırdı, ağ ciyərləri çökdü
10:01 16.02.2025
Dünya